Bakıda istirahət mərkəzində yanğın olub

12 Aprel 2021 08:39

Bakıda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda istirahət mərkəzinin ərazisində hər mərtəbəsi 600 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 44 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az