"Beşiktaş"dan səfərdə inamlı qələbə

11 Aprel 2021 23:15

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

"Sivasspor" "Konyaspor"u, "Ankaragücü" isə "Gənclərbirliyi"ni məğlub yola salıb. "Kayserispor" doğma meydanda "Antalyaspor"a minimal hesabla uduzub.
 
Lider "Beşiktaş" bu turda "Ərzurumspor"un qonağı olub. İstanbul təmsilçisi inamlı qələbəyə sevinib və zirvədəki mövqeyini möhkəmləndirib.
 
Türkiyə Super Liqası
34-cü tur
10 aprel
 
Hatayspor - Göztəpə 2:3
Qol: Diuf, 64; 90 - Yahoviç, 30; 38; 78.
 
Rizəspor - Trabzonspor 0:0
 
Qalatasaray - Fatih Karagümrük 1:1
Qol: Babel, 62 - Ndao, 60.
 
11 aprel
 
Sivasspor - Konyaspor 3:1
Qol: Yatabare, 27. Kayode, 68. R.Yalçın, 88-pen - Bütüqi, 54.
 
Ankaragücü - Gənclərbirliyi 2:1
Qol: E.Güral, 66. A.Kızıldağ, 70-öz qapısına - Stanku, 76.
 
Kayserispor - Antalyaspor 0:1
Qol: Naldo, 45.
 
Ərzurumspor - Beşiktaş 2:4
Qol: Şvexlen, 16. Bassan, 39 - Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.
 
12 aprel
 
17:00 Kasımpaşa - Yeni Malatyaspor
20:00 Alanyaspor - Dənizlispor
20:00 Fənərbaxça - Qaziantep

Milli.Az