İbrahim Qədirzadə oynadı, "Samtrediya" uduzdu

11 Aprel 2021 23:00

Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Tiflis "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 66-cı dəqiqədə meydana buraxılıb.
 
"Samtrediya" 8 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Milli.Az