İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib

11 Aprel 2021 22:03

"Mançester Yunayted" futbol klubu İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi oyununda səfərdə "Tottenhem" i məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Mankunianlar Son Xın Minin qoluna Fred, Edinson Kavani və Meyson Qrinvudun dəqiq zərbələri ilə cavab veriblər.

Qələbədən sonra "Mançester Yunayted" 63 xal toplayır, komanda çempionatda ikinci yerdədir. "Tottenhem" aktivində 49 xal var, klub yeddinci yerdədir.

Milli.Az