Futbol üzrə Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin ilk iştirakçısı məlum olub.
Milli.Az matc.az-a istinadən bildirir ki, bu, Almaniyanın "Bavariya" klubudur.
Bundesliqanın 28-ci turunda Berlin "Union"u ilə heç-heçəyə razılaşan Münhen təmsilçisi mövsümü ilk dörd sırada bitirməyi təmin edib. "Bavariya" - "Union" matçı 1:1 hesabıyla bitib.
"Bavariya" hazırda Bundesliqada 65 xalla liderdir.
Milli.Az