İnzaqinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi - koronavirusa görə

11 Aprel 2021 22:13

İtaliyanın "Latsio" komandasının baş məşqçisi Simone İnzaqi və ailəsinin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Milli.Az matc.az-a istinadən bildirir ki, İnzaqinin həyat yoldaşı Qaya Lukaryellonun səhhəti pisləşib. 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Nəfəs almaqda çətinlik yaşayan Lukaryello Romadakı xəstəxanaların birinə yerləşdirilib.
 
İnzaqinin özünün səhhəti yaxşıdır.

Milli.Az