"Yuventus"a qayıdır

11 Aprel 2021 20:40

"Everton"un icarə əsasında PSJ-də çıxış edən  futbolçusu Moyze Kin yenidən A seriyasına qayıda bilər.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu sabiq klubu "Yuventus" transfer etmək istəyir. Turin təmsilçisi futbolçuya görə yayda Andrian Rabyo və ya Aaron Remzini təklif etməyə hazırdır.

Kin 2019-cu ildə "Yuventus"dan "Everton"a keçib. O,  ötən ildən Paris klubunda oynayır.

Qeyd edək ki, Kin bu mövsüm 32 matçda 16 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az