Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıstanın dövlət katibi

11 Aprel 2021 17:56

Dağlıq Qarabağ münaqişəsi zamanı nə qədər mülki vətəndaşın öldüyünü görmək çox təəssüf doğurur, bu səbəbdən münaqişənin artıq sona çatması sevindiricid haldır.

Trend-in məlumatına görə, bunu Ağdama səfər zamanı Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Ştaray deyib.

Onun sözlərinə görə, Macarıstanın Azərbaycanla çox yaxın münasibətləri var, ölkələr arasında strateji əməkdaşlıq inkişaf edib: "Macarıstanın xarici işlər naziri bu yaxınlarda Azərbaycana səfər edib və biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişik. İndi mən özüm azad edilmiş ərazilər ziyarət edirəm və burada yenidən sülhün hökm sürdüyünü görməkdən çox şadam".

Dövlət katibi Qarabağın bərpasının yaxın zamanda baş tutacağına və bölgəyə həyatın qayıdacağına ümidvar olduğunu bildirib.

Milli.Az