Trampdan seçki açıqlaması: 2024-cü ildə...

11 Aprel 2021 13:24

2024-cü ildə keçiriləcək prezident seçkilərindən respublikaçı namizəd qalib gələcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdaları ilə görüşündə deyib.

"Bu axşam sizin qarşınızda çıxış edərək əminliklə deyə bilərəm ki, 2022-ci ildə biz ABŞ Konqresinin Nümayəndələr Palatası üzərində nəzarəti ələ alacaq və Senatı qaytaracağıq. 2024-cü ildə isə respublikaçı namizəd Ağ Ev uğrunda mübarizəni udacaq", - Tramp bildirib.

Milli.Az