Bakıda 27 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürdülər

11 Aprel 2021 13:04

Bakıda qətl hadisəsi törədilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.

Milli.Az