Gürcüstanda COVID-19-a daha 707 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb

11 Aprel 2021 12:44

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  707 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  288 396 nəfərə, ölənlərin sayı isə 3 877 nəfərə çatıb. Virusa yoluxanlardan 277 303 nəfərin sağaldığı bildirilir.

Milli.Az