ABŞ-da marketdə atışma: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

11 Aprel 2021 10:13

ABŞ-ın Missuri ştatında marketlərdən birində silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ştatın Koşkononq şəhərində qeydə alınıb.

Atışma nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Milli.Az