ABŞ-ın Kaliforniya ştatında Los Anceles polisi mənzildə 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib.
Milli.Az APA-ya istinadən bildirir ki, uşaqların 3-ü də 5 yaşdan kiçikdir.
Cəsədlər tapıldıqdan bir neçə saat sonra uşaqların anası şübhəli şəxs qismində Kaliforniyanın mərkəzində saxlanılıb.
Polis cinayətin motivlərini araşdırır.
Milli.Az