Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub

11 Aprel 2021 09:10

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 842 yoluxma halı qeydə alınıb.

Trend-in Kazinform-a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 269 519 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 234 057 nəfəri sağalıb, 3 221 nəfəri isə vəfat edib.

Milli.Az