Mingəçevirdə avtomobil piyadanı vurub

10 Aprel 2021 22:13

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Opel" markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub.

Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az