Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb

10 Aprel 2021 21:19

Bərdə rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsmayılov Eyvaz Əvəz oğlu və 1989-cu il təvəllüdlü Əliyev Elgün Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağla araşdırma aparılır.

Milli.Az