Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Dəli Kür" restoranının yaxınlığında qeydə alınıb.
İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az