"Bavariya" qələbəni əldən verdi

10 Aprel 2021 19:32

"Bavariya" Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubu 28-ci turda "Union"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Bavariya"- "Union" - 1:1
Qollar
: Musiala, 68 (1:0), İnqvartsen, 86 (1:1)

Bu nəticədən sonra Hans Diter Flikin komandası 65 xalla 1-ci pillədə qərarlaşıb. "Leyptsiq" 60 xalla 2-ci, "Volfsburq" 54 xalla 3-cüdür. "Union" isə 40 xalla 7-ci pillədə yer alıb.

Milli.Az