"Mançester Siti"dən gözlənilməz məğlubiyyət

10 Aprel 2021 19:31

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 31-ci turda "Lids"i qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" - "Lids" - 1:2
Qollar
: Dallas, 42 (0:1), Torres, 76 (1:1), Dallas, 90+1 (1:2)
Qırmızı vərəqə:Kooper, 45+1 ("Lids")

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda hazırda 74 xalla 1-ci, "Lids" 45 xalla 9-cudur. "Mançester Yunauted" 60 xalla (30 oyun) 2-ci, "Lester" 56 xalla (30 oyun) 3-cüdür.

Milli.Az