"Yuventus"un futbolçusu Kriştianu Ronaldu ilə bağlı yeni iddia yayılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Tuttosport" nəşri portuqaliyalı hücumçunun PSJ-yə keçə biləcəyini yazıb. Bildirilib ki, Paris təmsilçisi 36 yaşlı oyunçunu klubla müqaviləni yeniləməyi rədd edən Kilian Mbappenin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Mbappenin PSJ ilə, Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Milli.Az