Azarkeşlər arenaya girdi: Nərimanın titul döyüşü təxirə salındı - FOTO

10 Aprel 2021 18:42

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti görüşünü keçirə bilməyəcək.

Milli.Az bildirir ki, bu barədə oxu.az-a onun məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Belə ki, Rusiyanın paytaxtı Moskvanın "VTB Arena"sında keçirilməli olan "AMC Fight Night 100" döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinə görə baş tutmayacaq. Azarkeşlər pandemiya şərtlərini pozaraq zalı tam doldurduğundan, yarış təxirə salınıb. Turnir sabah azarkeşsiz keçiriləcək.

Artıq təşkilatın prezidenti Kamil Hacıyev də açıqlama yayaraq məlumatı təsdiqləyib.

Qeyd edək ki, Nəriman Abbasov yüngül çəki dərəcəsində (-70,3 kq) çempionluq titulunu qorumaq üçün rusiyalı Şamil Əmirova qarşı döyüşməlidir.

Milli.Az