Rafael Ağayevə ağır itki - FOTO

10 Aprel 2021 16:04

Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib.

Milli.Az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az