Səudiyyə Ərəbistanında 3 hərbçi edam olundu

10 Aprel 2021 18:01

Səudiyyə Ərəbistanın hərbi tribunalı 3 hərbçini vətənə xəyanətdə təqsirli bilərək edam hökmü verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi bildirib.

Qeyd olunur ki, hərbçilərin günahı təsdiq olunub və onlara ölüm hökmü verilib.

Edam cəzasının icra olunduğu deyilir.

Milli.Az