İnsan neçə dərəcə hava temperaturunda sağ qala bilər?

13 Aprel 2021 22:15

İnsanlar aşağı mənfi və çox yüksək müsbət temperatur diapazonunda yaşaya bilir. Ümumiyyətlə insanlar 50 ° C-dən çox hava istiliyində özlərini kifayət qədər dözümlü hiss edə bilir. Buna baxmayaraq termometr 50+ dərəcəni keçdikdən sonra, qısa müddət ərzində insanların əksəriyyətində ölmək təhlükəsi artır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, daha yüksək temperaturda saatlar və dəqiqələr önəm daşıyır. Beləliklə, insan, 71 ° C hava istiliyində təxminən bir saat, 82 ° C-də 49 dəqiqə, 93 ° C-də yarım saatdan bir qədər çox, 104 ° C-də isə 26 dəqiqə tab gətirə bilir. Bundan əlavə, fiziklər, öz üzərilərində təcrübə keçirərək, insanın çox qısa müddətdə (bir neçə dəqiqə) hava istiliyi 160 ° C olan bir otaqda qala biləcəyini sübut edib. Bu vəziyyətdə hava quru olmalı və insan praktik olaraq hərəkətsiz qalmalıdır.

Milli.Az