İlon Mask nəsli kəsilmiş dinozavrları həyata qaytarmaq istəyir

13 Aprel 2021 22:10

İlon Maskın "Neuralink" şirkəti nəsli kəsilmiş heyvanları yenidən yarada biləcək. Şirkət həmtəsisçisinin sözlərinə görə, bunun üçün lazım olan bütün texnologiyalar artıq mövcuddur və lazım gələrsə, hətta Yursk dövrünün parkını (Jurassic Park) yaratmaq olar - bu halda həyata qaytarılmış dinozavrlar əvvəlki növlərindən fərqli olacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər həqiqətən ölən bir növü bərpa etmək qabiliyyətinə sahibdirlərmi sualına cavab olaraq, "Neuralink"in həmtəsisçisi Maks Hodak, İlon Maskın neyrointerfeyslərlə məşğul olan şirkətinin Yursk dövrünün parkını yarada biləcək texnologiyaya sahib olduğunu söyləyib. O, eyni zamanda bu texnologiyanın, növ müxtəlifliyini artırmaq və bir çox nəsli kəsilmiş növləri bərpa etmək üçün, qiymətli bir vasitə olduğunu bildirib. Qeyd etmək lazımdır ki, uzun illərdir ki, heyvan hüquqları fəalları, müəyyən heyvanların yoxa çıxmasından bu yana ekosistemdə baş verən dəyişikliklərə görə, ölü növlərin yenidən bərpası ilə bağlı narahatlıqlarını bildirib. Onların fikrincə, növlərin bərpa edilməsi və xüsusən yenilərinin yaradılması, heyvanların, mövcud mühitə uyğunlaşa bilməməsi problemi ilə qarşılaşa bilər. Rusiyanın qenom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkovun dediyinə görə, bu növ tədqiqatlar artıq illərdir ki, aparılır. Belə ki, ABŞ-dan olan genetik Corc Çerç 10 min il əvvəl ölmüş mamontu həyata qaytarmaq üçün layihə başladıb. Genetiklər materialı əldə etmək üçün, onlar daimi buzlaqlarda (Yer kürəsinin daimi buzlu qalan hissəsi) qazıntı apararaq, mamont sümükləri çıxarıb. Volçkovun fikrincə, müasir texnologiya eyni şeyi dinozavrlarla edə bilər, lakin bunun üçün nəsli kəsilmiş dinozavrlar haqqında genetik məlumat lazımdır. Volçkovun fikrincə, bunu eynilə dinozavrlara tətbiq etmk çətindir, çünki onların DNT-ləri daha pis qorunub, onlar demək olarki donmayıb - dağılıb.

Milli.Az