Ərini qısqanan qadın qonşusunun başını daşla əzərək öldürdü

10 Aprel 2021 13:45

Türkiyədə həyat yoldaşını qısqanan qadın qonşusunun başını daşla əzərək qətlə yetirib.

Milli.Az sonxeber.az-a istinadla xəbər verir ki, Mersində bir quyuda əlləri arxadan iplə bağlanılmış və başı daşla əzilmiş şəkildə meyti tapılan Berrin Dalyanoğlunun qonşusu tərəfindən qətlə yetirildiyi müəyyən olunub.

Qadının ölümü ilə bağlı axtarışa başlayan polislər Berrin Dalyanoğlunun əllərinin bağlandığı ipin bir hissəsini A.İ-nın evinin önündə tapıblar.

A.İ və onun həyat yoldaşı E.İ polis bölməsinə aparılıb. E.İ ifadəsində Berrin Dalyanoğlunu həyat yoldaşından qısqandığı üçün öldürüdüyünü etiraf edib.

Berrin Dalyanoğlunun ölümü ilə bağlı axtarış davam edir.

Milli.Az