"Çəkməyin, danışma qadağam var" - FOTO

10 Aprel 2021 13:32

İstanbulun Nişantaşı səmtində görüntülənən Tuvana Türkay kameraların onu görüntülədiyini görüb həyəcanlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkillərinin çəkilməsini istəməyən aktrisa başına papaq qoyub, yağışın altında avtomobilinin gətirilməsini gözləyib.

Üzünü gizlətməyə çalışan sənətçi jurnalistlərdən canını qurtara bilmədiyini görüb əsəbiləşib. "Məni çəkməyin, prodüserim danışmağımı qadağan edib. Olmaz" deyə, Tuvana onlara qışqırıb.

Milli.Az