Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

10 Aprel 2021 08:28

Çində son sutka ərzində 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 400-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 481 xəstə sağalıb.

Ölkədə 283 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az