Azərbaycanlı idmançı koronavirusdan öldü

9 Aprel 2021 18:51

Pauerliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

Milli.Az bildirir ki, bu barədə məlumatı sfera.az saytı yayıb.

İdmançı 42 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.

Milli.Az