Məmur ləng işlədiyinə görə edam olundu

9 Aprel 2021 17:17

Şimali Koreyada məmuru iş prosesində ləng olduğuna görə edam ediblər.

Milli.Az Daily NK-a istinadən xəbər verir ki, Pak adlı məmurdan bununla bağlı şikayətlər daxil olub. Bu şəxs distant təhsillə bağlı yaradılan xüsusi komissiyanın rəhbəri olub. Lakin lazımı resurs və acadanlıq olmadığından işlər ləng gedib. Palı mart ayında edam ediblər.

Kamran
Milli.Az