Bülent Ersoy kişi olduğu günlərin şəklini paylaşan həmkarını bağışlamadı - FOTO

9 Aprel 2021 19:12

Məşhur türkiyəli müğənni Bülent Ersoy həmkarı Onur Akayı bağışlamayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ersoy 2016-cı ildə "Fecebook" hesabından onun kişi olduğu zamana aid fotolar paylaşan Akayı təzminat tələbi ilə məhkəməyə verib.

Onların 2017-ci ildə ilk məhkəməsindən bir müddət sonra Ersoyun Akayı bağışlaması ilə bağlı yayılan xəbərlərin sonradan yalan olduğu ortaya çıxıb.

Növbəti məhkəmə aprelin 29-na təyin edilib.

Milli.Az