Türkiyədə hazırlanan COVID-19-a qarşı peyvəndlərdən üçünün insanlar üzərində tətbiqinə başlanılıb

9 Aprel 2021 19:45

Türkiyədə hazırlanan COVID-19 virusuna qarşı peyvəndlərdən üçünün insanlar üzərində tətbiqinə başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

Məlumatda deyilir: "Türkiyədə COVID-19 virusuna qarşı vaksinlərin hazırlanması prosesi davam edir. Ölkədə hazırlanan yeddi vaksindən üçünün insanlar üzərində tətbiqinə başlanılıb".

Milli.Az