Ermənistan Müdafiə Nazirliyində vəziyyət gərgindir

9 Aprel 2021 17:48

Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərginləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, itkin düşən əsgərlərin valideynləri nazirliyin binasına girməyə çalışırlar.

Etirazçılar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyanın binadan çıxaraq onlarla görüşmələrini tələb edirlər.

Bəzi etirazçılar binanın hasarlarına qalxıblar, lakin polis qüvvələri onları endirə bilib.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib. Hadisə yerində olan müstəqil millət vəkili Sofiya Hovsepyan nazirlikdə məsələnin həlli ilə bağlı iclas keçirildiyini bildirib.

Milli.Az