"Camdakı kız"dan gözlənilməz nəticə

9 Aprel 2021 17:21

Yeni ekranlara gələn "Camdakı kız" serialı reytinqlərdə zirvəyə yüksəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün ilk bölümü yayımlanan ekran işi gözləntiləri doğruldaraq digər serialları geridə qoyub və reytinq göstəriciləri siyahısında ilk yerdə qərarlaşıb.

Real hadisələrə əsaslanan ekran işinin rollarında Burcu Biricik, Devrim Yakut, Feri Baycu Güler, Hande Ataizi kimi məşhur aktyorlar çəkiliblər. Dram janrlı serialın rejissoru Nadim Güçdür. Ekran əsərində Nalan və Sedat adlı iki gəncin eşq hekayəsindən bəhs edilir.

Milli.Az