Türkiyədə arı koloniyalarından uzaqda və dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki mağaralardan çıxarılan kantaron balı "Ginnesin rekordlar kitabı"na düşüb.
Milli.Az lent.az-a istinadən məlumat verir ki, Ginnes Dünya Rekordları rəsmi internet saytında yayılan xəbərə görə, kilosu 10 min avro (96 min TL) olan kantaron balı "Dünyanın ən bahalı balı" olaraq rekordlar siyahısına girib.
Münsiflərin sözlərinə görə, rekordun qırılmasının səbəbi balın çox keyfiyyətli olmasıdır.
Milli.Az