İcbari Tibbi Sığorta üzrə büdcəyə 112 milyon manat yığılıb

9 Aprel 2021 12:01

2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb. 1-ci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln. manat artıq).

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.

Milli.Az