Bu ölkədə 85 min insan yoxa çıxıb - Şok hesabat

9 Aprel 2021 11:54

Meksikada narkotik ticarəti ilə məşğul olan kartellər arasında 2006-cı ildən başlayan qanlı mübarizədən bu günə kimi 85 mindən çox insan itkin düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin İnsan Haqları və Çoxtərəfli Əlaqələr departamentinin rəsmisi Aleyandro Encinas deyib.

O bildirib ki, aparılan hesabata əsasən, 15 il ərzində 85 007 min insanın taleyindən hələ də xəbər yoxdur.

Encinas əlavə edib ki, ölkənin bir sıra şəhərlərində müxtəlif zamanlarda toplu məzarlıqlar tapılmaqdadır və burada cəsədlər kartellər arası savaşda ölən, yaxud qaçırılıb öldürülən insanlara məxsusdur.

Milli.Az