“Victoria’s Secret”in mələyi yeni fotosessiyası ilə hər kəsi şoka saldı - FOTO

9 Aprel 2021 12:24

"Victoria's Secret"in mələyi Qreys Elizabet yeni fotosessiyası ilə hər kəsi təəccübləndirib. Belə ki, o, doğuşa bir gün qalmış çəkilişlərdə iştirak edib, ilk sancısı da həmin vaxt tutub.

Milli.Az oxu-az-a istinadən xəbər verir ki, 24 yaşlı model buna qədər hamiləliyini hər kəsdən gizlədib.

Çəkilişlərin səhəri günü modelin oğlu dünyaya gəlib. Körpəyə Noa adı qoyulub.

Elizabet bildirib ki, hamiləlik müddətində gözəllik barədə anlayışı dəyişib.

"Paltarıma sığa bilməyəndə və ya dərimdə çat izləri, boşalmalar, yuxusuzluqdan gözlərimin altında tünd halqaları görəndə ümidsizliyə düşdüyüm, məyus olduğum anlarım oldu. Ancaq oğlumun gözlərinə baxanda xatırlayıram ki, bütün bunlar kiçik məsələlərdir - güc və gözəlliyin sübutudur. Gözəllik müxtəlif ölçü və formalarda olur. Bütün çat izləri, kiçik qüsurlarım əslində mükəmməldir, çünki bu, doqquz ay ərzində balaca bir adam gəzdirdiyimi xatırladır", - deyə model vurğulayıb.

Milli.Az