Paytaxtda uzun tıxac yarandı - VİDEO - FOTO

9 Aprel 2021 10:09

Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti demək olar ki, dayanıb. 

Eyni zamanda səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Xırdalan dairəsindən başlayan tıxac Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzalına qədər davam edir.  

Sıxlığın səbəbi məlum deyil.

Milli.Az