Zəngilanda erməni vandallığı - VİDEO

9 Aprel 2021 12:04

Ermənilər işğal dövründə Zəngilanda təbiətə qarşı dəhşətli vandalizm aktı törədiblər. Rayonda ekoloji terrorun qiymətdləndirilməsi üçün monitorinqlər aparılır. Yaxın gələcəkdə monitorinqlərə xarici mütəxəssislər də cəlb ediləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu ekologiya və təbbi sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, ermənilər işğaldan azad olunmuş ərazilərdəki çaylara qarşı ekoloji teroru hələ də davam etdirir. Ən çox çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydı. Suyun rəngi və ondan gələn qoxu da bunu deməyə əsas verir.

Ermənilər tərəfindən işğal dövründə Zəngilan rayon ərazisində, Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsində də istismar işləri aparılıb.

Ərazisi 107 hektar olan Bəsitçay dövlət qoruğu da erməni vandalizminin qurbanı olub. Şərq çinar meşəliyi amansızlıqla məhv edilib.

İlkin araşdırmalar zamanı qoruğun meşə ilə örtülü 42 hektardan çox sahəsinin məhv olduğu müyyən edilib.

Qeyd edək ki, peyk təsvilərinə əsasən işğal dövründə Zəngilan rayonunda 5 min 459 hektar meşə sahəsi məhv edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az