Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə iki dəfə yüksəkdir - VİDEO

9 Aprel 2021 11:49

Rayonlara həm daha az vəsait ayırırlar, həm də kreditləri yüksək faizlə təklif edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bəzi rayonlarda yaşayan sakinlər və sahibkarlar məhz bu səbəbdən də problemlə qarşılaşırlar.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın məlumatında bildirilib ki, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlar, eləcə də iş adamları daha yüksək faizlə kredit götürmək məcburiyyətində qalırlar.

Vüqar Bayramov deyir ki, kredit faizləri arasında bu cür fərqin olması səbəbindən regionlarda vətəndaşların kreditə əlçatanlığı və sahibkarların biznes krediti cəlb edərək öz işlərini inkişaf etdirmək imkanları məhdudlaşır. Millət vəkilinin bu məsələ ilə bağlı təklifləri var.

Təkliflərdən biri də regionlarda daha aşağı faizlə kredit təklif edən banklar üçün güzəştlərin tətbiq edilməsi ilə bağlıdır. Məsələn, belə banklara müəyyən vergi güzəştləri tətbiq edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az