Bu ölkədə 60 yaşadək insanların “AstraZeneca” ilə peyvəndlənməsi qadağan edildi

9 Aprel 2021 09:15

Niderland hökuməti "AstraZeneca" şirkətinin istehsal etdiyi "Vaxzevria" peyvəndi ilə 60 yaşadək insanların vaksinasiyasını qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini, səhiyyə, rifah və idman naziri vəziflərəini icra edən Huqo de Yonqe deyib.

H. de Yonqe bildirib: "Sağlamlıq üçün mümkün risklərin qarşısını almaq üçün 60 yaşadək insanlar digər istehsalçıların peyvəndləri ilə vaksinasiya olunacaqlar".

Qeyd edək ki, ilk dəfə "Vaxzevria" peyvəndinin Niderlandda istifadəsinə məhdudiyyət aprelin 2-də tətbiq edilmişdi, lakin müvəqqəti xarakter daşıyırdı.

Milli.Az