İsraildə koronavirusa yoluxanların sayı 835,4 min nəfəri ötüb

9 Aprel 2021 08:06

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 274 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 835 437 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 824 666 nəfəri sağalıb, 6 277 nəfəri isə vəfat edib.

Milli.Az