İtaliya səfiri Türkiyə XİN-ə çağırılıb

9 Aprel 2021 07:11

İtaliyanın Ankaradakı səfiri Massimo Qayani ölkəsinin baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sözlərindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Mövlud Çavuşoğlu da öz nğvbəsində İtlaiya hökumətinin rəhbərinin sözlərini kəskin qınayıb:

Seçkilər nəticəsində hakimiyyətə gələn prezidentimizlə bağlı İtaliyanın baş naziri M.Draqinin qəbuledilməz ifadələrini qətiyyətlə pisləyirik və rədd edirik".

Milli.Az