"Mançester Yunayted"lə "Roma" qalib gəldi, "Arsenal" qələbəni əldən verdi

9 Aprel 2021 07:00

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

"Roma" səfərdə "Ayaks"ın, "Mançester Yunayted" isə "Qranada"nın qonağı olub. "Vilyarreal" da Zaqreb "Dinamo"su ilə ilk oyunu səfərdə keçirib. Bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb.

London "Arsenal"ı isə Praqa "Slaviya"sı ilə doğma meydanda qarşılaşıb. "Topçular" bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk etmək məcburiyyətində qalıblar.

Avropa Liqası
1/4 finalın ilk oyunları
8 aprel

Ayaks (Niderland) - Roma (İtaliya) 1:2
Qol: Klaassen, 39 - Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) - Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Pepe, 86 - Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) - Vilyarreal (İspaniya) 0:1
Qol: Moreno, 44-pen.

Qranada (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Reşford, 31. B.Fernandes, 89-pen.

Milli.Az