BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Azərbaycana gəlib - FOTO

9 Aprel 2021 00:02

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə V.Bozkır özünün "Twitter" səhifəsində yazıb.

Sədr bildirib: "Qətərə rəsmi səfərim başa çatdıqdan sonra biz Bakıya gəldik".

V.Bozkır bildirib ki, Bakıda o Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Milli.Az