Alyaskada 5,7 bal gücündə zəlzələ olub

8 Aprel 2021 22:18

Alyaskanın cənub-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Kantuelladan 27 kilometr aralıda, ocağı isə 77 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az