Bu şəxs BP-də yüksək vəzifəyə seçilən 3-cü AZƏRBAYCANLIDIR

8 Aprel 2021 22:03

BP-də yüksək vəzifəyə təyinat alan azərbaycanlıların sayı 3-ə çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Aytən Hacıyeva BP-nin Gürcüstan üzrə rəhbəri təyin olunub.

Bu münasibətlə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Aytən Hacıyeva ilə görüşüb.

Səfir A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmalarının önəmini qeyd edib.

Qeyd edək ki, A.Hacıyeva BP-də yüksək vəzifəyə təyinat alan üçüncü azərbaycanlı kadrdır. Hazırda şirktətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva, Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti isə Bəxtiyar Aslanbəylidir.

Milli.Az