Normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir - Şahmar Mövsümov

8 Aprel 2021 21:41

Artıq Azərbaycanda 1 milyondan çox peyvənd vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, vətəndaşları peyvəndlənməyə çağırıb: "Heç bir ciddi fəsad müşahidə edilməyib. Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir!".

Milli.Az