Regionda yeni təhlükəsizlik və inkişaf formatı yaranıb - Nazir

8 Aprel 2021 20:29

Üçtərəfli bəyanatın imzalanması regionda yeni təhlükəsizlik və inkişaf formatının yaranmasına səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, insanların işğaldan azad edilmiş ərazilərə təhlükəsiz formada qayıtması istiqamətində Azərbaycan lazımı addımlar atır: "Eyni zamanda, Azərbaycan regionda yeni əməkdaşlıq formatının yarandığını bildirərək əməkdaşlığa açıq olduğunu bəyan edir. Lakin Azərbaycanın bu cür konstruktiv mövqeyi fonunda biz Ermənistanın qeyri-konstruktv addımlarını və bəyanatlarını müşahidə edirik".

Milli.Az